Beynəlxalq Vallyuta Fondu (IMF) bu il Azərbaycanda işsizlik səviyyəsinin 5,9 % olacağını proqnzolaşdırır.
“Report” xəbər verir ki, bu barədə IMF-nin “Müharibə qlobal bərpanı qeri qaytarır" adlı hesabatının aprel sayında bildirilib.
Proqnozlara əsasən, Azərbaycanda işsizlik səviyyəsi gələn il 5,8 % təşkil edəcək.
Qeyd edək ki, IMF ötən il dekabr ayında dərc edilmiş hesabatında Azərbaycanda işsizlik səviyyəsinin bu il 5,7 % olacağını gözləyirdi