"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
İddiaçılar təkliflərini mayın 17-si, saat 17:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilər.
Sorğunun nəticəsi mayın 18-də, saat 11:00-da portalda açıqlanacaq.