Bakı. 29 oktyabr. REPORT.AZ/ İcbari Sığorta Bürosu (İSB) tərəfindən ötən gün Azərbaycan vətəndaşına 5 000 manat məbləğində kompensasiya ödənişi verilib. Bu barədə "Report"a İSB-dən məlumat verilib.
Məlumata görə, sığorta ödənişi bu ilin yanvarın 28-də Bakı şəhəri, Səbail rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfatı ilə əlaqədar adı açıqlanmayan şəxsə verilib.
Ödəniş 2014-cü il 28 oktyabr tarixində poçt vasitəsi ilə köçürülüb.