"Hikmət-Ziya Kredit İttifaqı" MMC 2021-ci ili 459 manat mənfəətlə başa vurub.
“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Bu il yanvarın 1-nə "Hikmət-Ziya Kredit İttifaqı"nın aktivləri 238 min manat təşkil edib. Kredit təşkilatının öhdəlikləri 17 min manat, balans kapitalı isə 221 manat olub.
Xatırladaq ki, "Hikmət-Ziya Kredit İttifaqı" 2007-ci ildə yaradılıb, Füzulidə fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 193 min manatdır.