Gürcüstan iqtisadiyyatı 14 % böyüyüb

Bu ilin I rübündə Gürcüstanda istehsal edilmiş Ümumi Daxili Məhsulun (ÜDM) real dəyəri ötən ilin analoji dövrü ilə müqayisədə 14,4 % çox olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, təkcə mart ayında isə iqtisadi artım illik müqayisədə 10,6 % təşkil edib.

Hesabat ayında artım elektrik, qaz, buxar və kondisioner təchizatı, nəqliyyat və anbar təsərrüfatı, mehmanxana və restoranlar, tikinti, incəsənət, əyləncə və rekreasiya sahələrində, mədənçıxarma sənayesində qeydə alınıb.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23