“Günay Sığorta” şirkətinin İdarə Heyətinin tərkibində dəyişiklik olub

“Günay Sığorta” şirkətinin İdarə Heyətinin üzvü vəzifəsindən kənarlaşdırılıb.

“Report” xəbər verir ki, rəhbərliyin qərarına əsasən Səidə Fətullazadə şirkətin İdarə Heyəti üzvülüyündən kənarlaşıb və hələlik onun yerinə təyinat olmayıb.

S.Fətullazadə hazırda şirkətdə marketinq və müştəri xidmətləri departamentinin rəhbəri vəifəsini icra edir.

Qeyd edək ki, şirkətin hazırda İdarə Heyətinin tərkibi yalnız İdarə Heyətinin sədrindən ibarətdir. Sığorta fəaliyyəti haqqında qanunun 31.1-ci maddəsinə əsasən sığortaçının İdarə Heyəti üç nəfərdən az olmayan tək sayda fiziki şəxs olan üzvlərdən ibarət olmalıdır.

Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Şirkətin səhmləri Yeganə Şirinovaya ("Günay Bank" ASC-nin 38,94 %-lik səhmdarı) və Mahmud Məmmədova ("Günay Bank"ın 52,13 %-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.

Digər xəbərlər