Gənclər Fonduna məxsus "Gənclərin İnkişaf və Karyera Mərkəzi" MMC audit xidməti üçün kotirovka sorğusu edib.
"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 25 manatdır.
İddiaçılar təkliflərini oktyabrın 21-nə qədər Cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Cəfər Cabbarlı küç, 609 ünvanına təqdim edə bilərlər.
Təkliflərə oktyabrın 21-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.
"Gənclərin İnkişaf və Karyera Mərkəzi" 2019-cu ildə yaradılıb. Prezident İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli sərəncamına uyğun olaraq, ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Mərkəzin nümayəndəliklərinin yaradılmasına başlanılıb. Hazırda şirkətin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir.