Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun hazırlanması üçün açıq tender elan edib.
"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 50 manatdır.
İddiaçılar təkliflərini yanvarın 15-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov, ev 84, mənzil 8 ünvanına təqdim edə bilərlər.
Təkliflərə yanvarın 15-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.