Əmanətlərin Sığortalanması Fondu IADI-nin 25-ci İllik ümumi yığıncağında iştirak edib

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) İspaniya, Macarıstan, İtaliya, Monqolustan, Yaponiya, İndoneziya, Malayziya və Nigeriyanın müvafiq qurumları ilə əmanətlərin sığortalanması sistemlərinin inkişafını müzakirə edib.

Bu barədə "Report" Fonda istinadən xəbər verir.

Bununla bağlı müzakirələr ƏSF-nin icraçı direktoru Tural Piriyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Almaniyanın Berlin şəhərində keçirilmiş IADI-nin 25-ci İllik ümumi yığıncağı çərçivəsində ikitərəfli görüşlərdə aparılıb.

Məlumata əsasən, görüşlərdə əmanətlərin sığortalanması sistemlərinin inkişafı, bankların ləğvetmə mexanizmləri, risk-əsaslı sığorta tarifləri, stress-test metodologiyaları, kompensasiya ödənişi mexanizmlərinin təkmilləşdirilməsi və rəqəmsal maliyyə alətləri üzrə beynəlxalq təcrübə müzakirə olunub.

Həmçinin görüşlər çərçivəsində İslam maliyyə prinsiplərinə uyğun əmanətlərin sığortalanması mexanizmləri ətrafında fikir mübadiləsi aparılmış, eləcə də adıçəkilən ölkələrin analoji qurumları ilə institusional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumlarının imzalanması imkanları nəzərdən keçirilib.

Görüşlər beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübənin tətbiqi və əmanətçilərin hüquqlarının müdafiəsi mexanizmlərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Digər xəbərlər