2021-ci ildə vergi ödəyiciləri tərəfindən könüllü bəyanetmə üzrə dövriyyə 15 %, vergi hesablamaları isə il ərzində 24 % artıb.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəisi Elçin Ağakişiyev deyib.
“Səyyar və kameral vergi yoxlamaları ilə hesablanan vergi öhdəliklərinin ümumi vergi öhdəliklərində xüsusi çəkisi aşağı düşüb. Bu da könüllü əməletmənin əyani sübutudur. Bütün çətinliklərə baxmayaraq könüllü əməletmə birmənalı olaraq yaxşılaşmaya doğru gedir”, - deyə Elçin Ağakişiyev əlavə edib.