Bu il Azərbaycanda orta illik inflyasiya 5,5 % səviyyəsində reallaşması gözlənilir.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üçün yenilənmiş hesabatında bildirilir.
Sənədə əsasən, Azərbaycanda gələn il orta illik inflyasiyanın 4,5 %, 2023-cü ildə isə 4,1 % həddində proqnozlaşdırılır.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin 8 ayında Azərbaycanda orta illik inflyasiya 4,8 % səviyəsində reallaşıb.
Asiya İnkişaf Bankı (ADB) bu il üçün Azərbaycanda inflyasiya gözləntisini 4,5 %-ə, gələn il üçün isə 3 % çatdırıb.