Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi 2025-2026-2027-ci illər üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "RSM Azerbaijan" MMC-dir.
Qalib şirkətə 100 890 manat ödəniləcək.