Mayın 24-ü, saat 11:00-da "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, "City Point Baku" ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin 2023-cü il üzrə illik idarəetmə hesabatının təsdiqi və digər məsələlər daxildir.
Xatırladaq ki, “CPM-İnvest” 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 800 min manat, yeganə səhmdarı Kəmalə Məmmədovadır.