Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “Capital Partners İnvestisiya Şirkəti” QSC öz müraciəti əsasında "Bakı Fond Birjası" QSC-yə (BFB) üzv qəbul edilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, bununla da Birjanın üzvü olan investisiya şirkətlərinin sayı 11-ə çatıb.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Capital Partners İnvestisiya Şirkəti”ni 2020-ci ilin dekabr ayında dövlət qeydiyyatına alıb. Onun nizamnamə kapitalı 400 min manatdır. Maliyyə qurumu “Rabitəbank” ASC-nin 2007-ci ildə təsis etdiyi, BFB-nin səhmlərinin 4,76%-nə nəzarət edən “Kapital Partners” MMC-nin hüquqi varisidir.