Bankların qiymətli kağızlara marağı artıb

Bakı. 29 Oktyabr. REPORT.AZ/ Bu il oktyabrın ayının 1-nə banklar tərəfindən qiymətli kağızlara 3 mlrd. 366 mln. manat vəsait yönəldilib.

“Report" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, bu, avqust ayındakı göstəricidən 86,8 mln. manat və ya 2,65% çoxdur.

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayının 1-nə banklar tərəfindən 1 mlrd. 833,6 mln. manatlıq qiymətli kağız dövriyyəyə buraxılıb. 

Digər xəbərlər