Ötən ay xarici vətəndaşlar Azərbaycanda bank kartları ilə 88 mln. manatdan çox pul xərcləyib

Bakı. 1 mart. REPORT.AZ/ Cari ilin yanvar ayında Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin fevral buraxılışında qeyd olunub.

Məlumata görə, qeyd olunan dövrdə əcnəbi vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 88,3 mln. manat təşkil edib.

Digər xəbərlər