Bakıda III Beynəlxalq Statistika Forumu keçirilir

Bu gün Bakıda III Beynəlxalq Statistika Forumu işə başlayıb.

"Report"un məlumatına görə, tədbir sentyabrın 26-na qədər davam edəcək.

Dövlət Statistika Komitəsi və MDB-nin Dövlətlərarası Statistika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən forum "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusuna həsr olunub.

Tədbirdə 15 ölkədən və 10 beynəlxalq təşkilatdan yüksək səviyyəli nümayəndə heyətləri, elmi ictimaiyyətin tanınmış nümayəndələri və ekspertlər iştirak edirlər.

Digər xəbərlər

Gənclər Fondu auditor seçir 05 fevral, 2026 / 15:06
AZPROMO auditor seçir 04 fevral, 2026 / 17:27