Dövlət Reklam Agentliyinin Bakı Şəhər Reklam İdarəsi könüllü tibbi sığorta xidməti üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
İddiaçılar ilkin sənədləri oktyabrın 21-i, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 31-i, saat 10:00-a qədər idarənin Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 37 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə noyabrın 1-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.