Bakı. 7 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 1 053 773,5 min manat təşkil edib ki, bu da illik müqayisədə 6 dəfədən çox artım deməkdir.
"Report" bu barədə BFB-ya istinadən xəbər verir.
Hesabata əsasən, bu müddətdə dövlət qiymətli kağızlar bazarının həcmi 25,9% artaraq 39,8 mln. manata yüksəlib. Bunun 1,7 mln. manatı Maliyyə Nazirliyinin dövlət istiqrazları, 38,1 mln. manatı isə Mərkəzi Bankın notlarının payına düşüb.
Qeyd olunan dövrdə pay bazarı 1 687 dəfə artaraq 600,4 mln. manat təşkil edib. Borc alətləri bazarı isə 7,2 dəfə artaraq 41,2 mln. manata olub.