Bu ilin yanvar-sentyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 50 milyard 979,712 milyon manat təşkil edib.
"Report" BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,5 % çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,7 dəfə azalaraq 22 588 olub.
BFB-nin dövriyyəsinin 79,1 %-i, yaxud 40 milyard 302,895 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 34 % çoxdur.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 64,9 % artaraq 8 milyard 688,784 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 15,4 % artaraq 1 milyard 988,034 milyon manat olub.