AZPROMO auditor seçib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Azəruçot" MMC-dir.

Qalib şirkətə 5 min manat ödəniləcək.

Digər xəbərlər