"Azfinans" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 3 min manat zərərlə başa vurub. Halbuki, BOKT 2021-ci ildən 1 min manat xalis mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, bu il yanvarın 1-nə "AzFinans"ın aktivləri 374 min manat olub ki, bu da illik müqayisədə 7,5 % çoxdur. Bunun 347 min manat müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 2,4 % böyüyüb.
Hesabat dövründə "Azfinans"ın öhdəlikləri 60,4 % azalaraq 77 min manata, balans kapitalı isə 1,3 % azalaraq 297 min manata düşüb.
Xatırladaq ki, "Azfinans" BOKT 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.