"Azfinance İnvestisiya Şirkəti"nin yeni istiqrazlarına 1 investor maraq göstərib

"Bakı Fond Birjası" QSC-də “Azfinance İnvestisiya Şirkəti" QSC-nin 1 milyon manat dəyərində yeni istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz çıxarılıb. Qiymətli kağızlar standart bazar seqmentində, rəqabətli hərrac üsulu ilə investorlara təklif olunub.

İstiqrazlara 1 investor qiyməti 782,9081 manat (9,108%), ümumi məbləği isə 1 milyon manat təşkil edən 1 sifariş təqdim edib və yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 3 il müddətində tədavüldə olacaq. Prosesin anderrayteri emitent özüdür.

Emintentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.

Digər xəbərlər