"Azəripək" ASC 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
"Report" xəbər verir ki, kotirovkada iştirak haqqı 15 manatdır.
İddiaçılar təkliflərini sentyabrın 17-nə qədər "Azəripək"in yerləşdiyi Şəki şəhəri, Fətəli Xan Xoyski küçəsi, 1 ünvanına təqdim edə bilərlər.
Təkliflərə sentyabrın 17-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.