"Azəripək" auditor seçib

"Azəripək" ASC 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Hesabat" MMC-dir.

Qalib şirkətə 1 150 manat ödəniləcək.

Digər xəbərlər

ASCO-nun mənfəəti 38 dəfə artıb 04 sentyabr, 2026 / 11:56