AMB: Ölkənin strateji valyuta ehtiyatları xarici dövlət borcunu 3 dəfə üstələyib

Bakı. 15 fevral. REPORT.AZ/Ötən il xarici sektordakı müsbət proseslər özünü Azərbaycanın xarici valyuta ehtiyatlarının dinamikasında da biruzə verib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) ötən ilin yanvar-dekabr ayları üzrə pul siyasəti icmalında qeyd olunub.

İcmalda qeyd olunub ki, 2018-ci ildə ölkənin strateji valyuta ehtiyatları 7,1% və ya 3 mlrd. ABŞ dolları artıb və ilin sonuna 44,9 mlrd. ABŞ dolları təşkil edib. Strateji ehtiyatlar 31 aylıq mal və xidmət idxalına kifayət edib, xarici dövlət borcunu 3 dəfə, manatla geniş pul kütləsini 5,3 dəfə üstələyib. 

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23