Azərbaycanda sığorta sektorunun kapital mövqeyi azalsa da prudensial tələbləri üstələyir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, bu ilin I yarısında sektorun məcmu kapitalı ötən ilin sonuna nisbətən 12 % və yaxud 47 milyon manat azalaraq 333 milyon manat, tələb olunan kapitalı 2,5 % və yaxud 5 milyon manat artaraq 204 milyon manat, kapital buferi isə 28,7 % və yaxud 52 milyon manat azalaraq 129 milyon manat olub. Məcmu kapitalın azalmasına səhmdarlara verilmiş dividendlər səbəb olub. Sığorta sektoru yarımil ərzində 98 milyon manat dividend ödəyib.