Azərbaycanın sement satıcısı nizamnamə kapitalını kəskin artırır

Azərbaycanda "Norm" sement zavodunun məhsullarının satışı ilə məşğul olan “Konstromat” ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 196 min manat dəyərində yeni səhmlərini yerləşdirməyə hazırlaşır.

"Report" bu barədə şirkətin emissiya prospektinə istinadən xəbər verir.

Məlumata görə, söhbət hər birinin nominal dəyəri 10 manat olan 19 600 ədəd adi, sənədsiz, adlı səhmdən gedir. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Prosesin anderrayteri “InvestAZ İnvestisiya Şirkəti” QSC-dir.

Yerləşdirmə baş tutsa, şirkətin nizamnamə kapitalı 196 min manat və yaxud 50 dəfə artaraq 4 min manatdan 200 min manata çatacaq.

Digər xəbərlər