Ötən il Azərbaycan Gürcüstan iqtisadiyyatına 207,4 min ABŞ dolları həcmində investisiya yatırıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
Sənədə əsasən, 2021-ci ilin I rübündə Azərbaycan Gürcüstandan 6 milyon 255,8 min ABŞ dolları həcmində investisiyanı geri çəkib, II rübdə 669,7 min ABŞ dolları, III rübdə 3 milyon 005,4 min ABŞ dolları, IV rübdə isə 2,788 milyon ABŞ dolları həcmində sərmayə qoyub.
2020-ci ildə isə Azərbaycanın qonşu ölkədən geri çəkdiyi sərmayələrin həcmi isə 16,383 milyon ABŞ dolları təşkil edib.
Hesabat ilində Gürcüstan iqtisadiyyatında birbaşa xarici investisiyaların ümumi həcmi illik müqayisədə iki dəfə artaraq 1 milyard 152,8 milyon ABŞ dollarına bərabər olub.