Azərbaycanım metallurgiya müəssisəsi - “Az-Lead” MMC bu ilin I yarısını 571 min manat xalis mənfəətlə başa vurub.
“Report” bu barədə şirkətin yarım illik maliyyə hesabatına istinadən xəbər verir.
Yanvar-iyun aylarında “Az-Lead”in vergiyəqədərki mənfəəti 602 min manat, mənfəət vergisi ödəmələri isə 31 min manat təşkil edib.
Bu il iyulun 1-nə “Az-Lead”in aktivləri 5,088 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 14,4 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 16 % artaraq 2,2 milyon manat, balans kapitalı isə 28,7 % azalaraq 2,887 milyon manat, o cümlədən nizamnamə kapitalı 9,9 % artaraq 1,837 milyon manat olub.
Xatırladaq ki, “Az-Lead” 2014-cü ildə yaradılıb. Şirkət qurğuşun tullantıların utilizasiyası, qurğuşun külçələrin istehsalı və ixracı ilə məşğuldur.