“Kontakt Home” əmtəə nişanının sahibi “ABC-Telecom” MMC yenidən istiqraz buraxmağa hazırlaşır.
Bu barədə “Report”a maliyyə bazarındakı mənbə bildirib.
Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 10 000 ədəd (10 milyon manatlıq) istiqrazdan gedir. Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.
Xatırladaq ki, “ABC-Telecom” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır.