Bu ilin yanvar ayında Azərbaycanın mədənçıxarma sənayesində orta aylıq əmək haqqı 2 814 manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,4% azdır.
Hesabat dövründə dövlət mədənlərində çalışanlar orta hesabla 2 064 manat, özəl mədənlərdə çalşanlar isə 3 274 manat maaş alıblar. Bu isə 1 il əvvələ nisbətən müvafiq olaraq 27,4% çox və 26,2% azdır.
Xatırladaq ki, 2022-ci ilin yanvar ayında ölkədə orta aylıq əmək haqqı 2021-ci ilin eyni dövrünə nisbətən 10,9% artaraq 766 manat olub.