Bu ilin yanvar ayında Azərbaycanın maliyyə-sığorta sektorunda orta aylıq əmək haqqı 1 868 manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,9% çoxdur.
Hesabat dövründə maliyyə-sığorta fəaliyyəti üzrə dövlət sektorunda orta maaş 5,9 % artaraq 1725 manat, özəl sektorda isə 20 % artaraq 1907 manat təşkil edib.