"CFI Financial İnvestisiya Şirkəti" QSC nizamnamə kapitalını 3 milyon manat və yaxud 2,9 dəfə artıraraq 1,55 milyon manatdan 4,55 milyon manata çatdırmağı planlaşdırır.
"Report"un əldə etdiyi məlumata görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 3 min ədəd yeni səhm buraxılacaq.
Xatırladaq ki, "CFI Financial İnvestisiya Şirkəti" 2014-cü ildə yaradılıb. Onun əsas səhmdarı dünyanın aparıcı onlayn ticarət brokeri - “CFI Financial Group”dur.