Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel aylarında 339,8 milyon manat xalis mənfəət əldə edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 % azdır.
4 ay ərzində bankların əməliyyat gəlirləri 2 milyard 125,8 milyon manat (17 % çox), əməliyyat xərcləri 1 milyard 539,8 milyon manat (27,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 156,5 milyon manat (40,4 % çox), digər gəlirləri 0,4 milyon manat (5,3 dəfə az), mənfəət vergisi ödəmələri isə 90,1 milyon manat (0,2 % çox) təşkil edib.