Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 17 % artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyə təxminən 12,3 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 % çoxdur.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu il avqustun 1-nə qədər ölkədə 91 889 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.

Digər xəbərlər

Aqrar Sığorta Fondu auditor seçib 08 dekabr, 2025 / 17:40