"Bir Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 2 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.
"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək, 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 11,5 %-dir. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.
"Birkart" 2018-ci ildə yaradılıb. BOKT-un təsisçisi 100 % "Kapital Bank" ASC-dir.