Azərbaycanda yalnız bir bankın vergi borcu var

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən 32 kommersiya bankından yalnız birinin dövlət büdcəsinə vergi borcu var. 

Bu barədə "Report"a Vergilər Nazirliyindən (VN) bildirilib. 

Məlumata görə, söhbət "Atabank" ASC-dən gedir. Bu günə olan məlumata görə, Bankın vergi borcu 32 162 manat təşkil edir. 

Xatırladaq ki, VN-in bu il yanvarın 1-də faiz və maliyyə sanksiyaları üzrə borcunu sildiyi banklar arasında "Atabank" da var. Kredit təşkilatının 46 402 manat borcu bağışlanıb. 

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46