Azərbaycanda xarici investisiyaların xüsusi çəkisi 2 dəfədən çox azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 764 milyon manat vəsait yönəldilib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,6 % azdır.

Bu il xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 747,5 milyon manatı (97,8 %-i) Böyük Britaniya, ABŞ, Yaponiya, İsveçrə, Türkiyə, Norveç, Malayziya, Hindistan, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Qeyd edək ki, bu ilin yanvar ayında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 296,1 milyon manat, fevralda 264,2 milyon manat, mart ayında isə 203,8 milyon manat vəsait yönəldilib ki, bu da, ötən ilin müvafiq ayları ilə müqayisədə 14,5 %, 15,7 % və 2,3 dəfə azdır. Aylar üzrə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitlərin ümumi investisiyalardakı payı 45 %, 38,7 % və 18,5 % təşkil edilib.

Digər xəbərlər