İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) bu il iyulun 1-nə satmaq öhdəliyi ilə kirayə üçün yaşayış sahələri fondunun həcmi 348,362 milyon manat olub.
"Report" Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 % çoxdur.
Xatırladaq ki, İKZF ölkə prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.