Bu günə Azərbaycanda pul bazası 21 milyard 471,3 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 4,1 % çoxdur.
Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 2,7 %, artıb, son 1 ildə isə 5,2 % artıb.