Azərbaycanda könüllü sığorta bazarı 19 % böyüyüb

Bu ilin yanvar ayında könüllü sığorta üzrə ümumilikdə 100,039 milyon manat sığorta haqqı toplanıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,85 % çoxdur.

Hesabat dövründə könüllü sığorta üzrə ödənişlərin məbləği isə 18,195 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 8,3 % azdır.

2022-ci ilin yanvar ayında könüllü sığorta üzrə toplanmış hər 100 manat sığorta haqqının 9,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 44,2 manat olub.

Ötən ay Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 118,234 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 13,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 16,623 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 3,4 dəfə azdır.

2022-ci ilin yanvar ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 14,1 manatı ödəniş edilib. 2021-ci ilin yanvar ayında bu göstərici 54,65 manat olub.

Digər xəbərlər