Azərbaycanda icbari sığorta bazarı 9 % kiçilib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 217,494 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9 % azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 87,206 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 20,8 % azdır.

Beləliklə, 2022-ci ilin yanvar-noyabr aylarında icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 40,1 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin eyni dövründə 46,1 manat olub.

Xatırladaq ki, bu ilin 11 ayında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 875,132 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 14% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 400,953 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 6,7 % azdır.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56 manat olub.

Digər xəbərlər