Bu ilin yanvar ayında Azərbaycanda həyat sığortası növlərinin hesabına 61,89 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,5 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 35,4 % artaraq 29,463 milyon manata çatıb.
Beləliklə, ay ərzində həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 47,6 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 48,4 manat təşkil edib.
Yanvarda Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 163,658 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 47,623 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 22,8 % çoxdur.
Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 29,1 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 27,9 manat olub.