Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% artaraq 8 milyard 129,6 milyon manat təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, 6 milyard 92,3 milyon manatlıq hissəsi və yaxud 76,2 %-i hüquqi şəxslərə məxsus olub.
11 ay ərzində hər bir ölkə sakini orta hesabla 807,6 manatlıq və yaxud 1 il əvvələ nisbətən 122,3 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.