Gələn il Azərbaycanın dövlət büdcəsində dövlət torpaqlarının icarəyə verilməsi üzrə daxilolmaların 9 milyon manat təşkil edəcəyi gözlənilir.
“Report”un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,5% çoxdur.