Azərbaycanda dövlət müəssisələri üçün yeni Qaydaların layihəsi hazırlanıb

Azərbaycanda dövlət müəssisələrinin büdcə və maliyyə göstəricilərinin monitorinqi üçün yeni Qaydaların layihəsi hazırlanıb.

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ qurumun Kollegiya iclasında müzakirə edilib.

İclasda dövlət müəssisələrinin büdcə və maliyyə göstəricilərinin monitorinqinin təkmilləşdirilməsinin, vahid hesabat şablonlarının tətbiqinin əhəmiyyəti vurğulanıb və bu çərçivədə həm dövlət şirkətləri, həm də publik hüquqi şəxslər üzrə vahid monitorinq mexanizminin tətbiqinin planlaşdırıldığı qeyd olunub. Bu tədbirlər dövlət vəsaitlərinin səmərəli idarəedilməsini, maliyyə şəffaflığını və hesabatlılığını daha da gücləndirəcək.

Kollegiya iclasında həmçinin maliyyə xidmətləri sahəsində və dövlət müəssisələri ilə işin təşkili istiqamətində görülmüş işlər haqqında məruzə dinlənilib.

Digər xəbərlər