“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” sığortaçı seçir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Prezident Heydər Əliyev” və “Şuşa” gəmilərinin gövdə və mexanizmlərinin sığortalanması üçün müsabiqə elan edib.

“Report” xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlər təkliflərini aprelin 29-u, saat 18:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 2 ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 404-37-00 (daxili: 1132) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46