“Status Sığorta Brokeri” MMC "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinə üzv olub.
"Report" bu barədə Assosiasiyaya istinadən xəbər verir.
Məlumata görə, bununla da şirkət ASA-nın komitə iclaslarında və həyata keçirdiyi genişmiqyaslı layihələrdə iştirak edə biləcək, fəaliyyətinin stimullaşdırılmasında Assosiasiyanın imkanlarından istifadə edəcək.
Hazırda ASA daha 2 sığorta brokerinin üzvlüklə bağlı müraciətinə baxır və yaxın vaxtlarda onlara cavab verəcək.