Azərbaycan səhiyyə xərclərini 37 %-ə yaxın azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən səhiyyəyə 889,9 milyon manat xərclənib.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 515,1 milyon manat və yaxud 36,7 % azdır.

Hesabat dövründə səhiyyə xərclərinin 59,5 %-i icra edilib.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46